"Qarabağ" - "Kopenhagen" matçının biletləri neçəyə olacaq?

"Qarabağ" - "Kopenhagen" matçının biletləri neçəyə olacaq?

Çempionlar Liqasının "pley-off" mərhələsində keçiriləcək "Qarabağ" - "Kopenhagen" (Danimarka) matçının biletləri bu gün çapa göndərilib. Bu barədə Fanat.Az-a klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.

Klub rəsmisi bildirib ki, UEFA gec təsdiqlədiyindən biletləri çapa yalnız bu gün göndərmək mümkün olub. Onun sözlərinə görə, biletlər şənbə günü - avqustun 12-də satışa çıxarılacaq.

Bilet qiymətləri sekktorlardan aslı olaraq 1-50 manat aralığında olacaq. Bəzi sektorlarda qiymətlərin dəyişməsi gözlənilir.

Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" matçı avqustun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20.00-da başlayacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər