"Qarabağ" - "Atletiko"- NEÇƏ BİLET SATILIB?

"Qarabağ" - "Atletiko"- NEÇƏ BİLET SATILIB?

“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində oktyabrın 18-də İspaniyanın “Atletiko” klubunu qəbul edəcək. Fanat.Az  xəbər verir ki, bu qarşılaşmaya bilet satışı davam edir. 

Ağdam klubundan verilən məlumata görə, artıq 15 min bilet öz sahibini tapıb.

Satış məntəqələri bunlardı:

“Gənclik mall” və “28 mall”
“Park Bulvar” (Qarabağ FK Fan-şop)
M. Rəsulzadə, 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti
Heydər Əliyev Sarayının kassası
Asan Xidmət mərkəzləri
Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası)

Azarkeşlər qeyd olunan satış məntəqələrinə yaxınlaşaraq və şəxsiyyət vəsiqəsini təqdim edərək birbaşa biletləri əldə edə bilərlər.

Onlayn bilet almaq istəyən azarkeşlər isə iticket.az saytından vauçerləri almalı, daha sonra satış məntəqələrində vauçerləri biletlərlə dəyişməlidi.

Qeyd edək ki, “Qarabağ” – “Atletiko” oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər