“Gənclərbirliyi”nin futbolçusu Tokelo Rantie ilə danışıq aparırıq. Amma keçidin həllini tapdığını demək olmaz”. Bu sözləri “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl deyib.
Ölkə kubokunun son finalının ardından gündəmdə olan transfer məsələsinə toxunan klub rəsmisi əlavə edib: “Bu işləri baş məşqçimizin öhdəsinə buraxmışıq. Seçimi də o edir. Kimi istəsə, transfer edəcəyik. Büdcəmiz qaydasındadı. Yeni transferlər isə mütləqdi”.
Qeyd edək ki, 27 yaşlı Rantie “Qarabağ”ın forvardı Dino Ndlovuyla tanışdı. Hər iki futbolçu CAR millisinin üzvüdü.
Fanat.Az