"Qarabağ" Moskva "Dinamo"suna rəqib oldu

"Qarabağ" Moskva "Dinamo"suna rəqib oldu

"Qarabağ"ın Avstriyadakı təlim-məşq toplanışı zamanı yoxlama oyunu keçirəcəyi rəqiblər müəyyənləşib. Fanat.Az xəbər verir ki, ağdamlılar bu ölkədə 3 sınaq matçı keçirəcək.

Qurban Qurbanov yetirmələrini iyunun 20-də Rusiyanın "Terek" klubu ilə oyunda sınayacaq. 4 gün sonra rəqib Sofiya ÇSKA-sı (Bolqarıstan) olacaq. Son sınaq matçı ayın 28-də Moskva "Dinamo"suna qarşı keçriləcək.

Qeyd edək ki, iyunun 1-də toplaşacaq "Qarabağ" ayın 16-da Avstriyaya yolllanacaq. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər