"Qarabağ"ın "Şerif" üzərində 2:1 hesablı qələbəsi UEFA-nın klub reytinqindəki mövqeyinə təsirsiz ötüşməyib. Fanat.Az xəbər verir ki, ölkə futbolu tarixində ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsində oynayacaq ağdamlıların hesabında hazırda 2,000 əmsal var.
Son 5 mövsümün nəticələrinə görə hesablanan fərdi "qənimət" isə 16,500-ə yüksəlib. Moldova klubuyla səfər oyununa qədər çempionumuz 75-ci yeri daha 3 klubla bölüşürdü. Tarixi qələbə Milan “İnter”i, Moskva “Dinamo”su və “Rubin”in geridə qalmasına bəs edib.
Hazırda bir sıra tanınmış klublar "köhlən atlar"a aşağıdan yuxarı baxır. "Everton" (80-ci yer), Frankfurt "Ayntraxt"ı (87), Moskva "Lokomotiv"i (96) kimi, daha güclü çempionatları təmsil edənlər fərdi göstəricidə Azərbaycan çempionuna uduzur.
Fanat.Az