"Qarabağ" mənə müqavilə təklif etməyib"- AÇIQLAMA

"Qarabağ" mənə müqavilə təklif etməyib"- AÇIQLAMA

“Qarabağ” mənə yeni müqavilə təklif etməyib. Ümumiyyətlə, rəhbərliklə bu haqda danışmamışıq”. 

Bu sözləri Fanat.Az-a açıqlamasında Ağdam klubuyla olan müqaviləsinin müddəti başa çatan İlqar Qurbanov deyib.

Qurbanov əlavə edib: “Hələ tətildəyəm. Yəqin komanda bir araya gələndən sonra müqavilə məsələlərinə də baxılar”.

Qeyd edək ki, Ağdam klubunda 10-a yaxın futbolçunun sözləşməsinin müddəti bu ay bitir.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər