Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok sınağına çıxıb.
Ağdam təmsilçisi Moldovada bu ölkənin ən titullu klubu “Şerif”in qonağı olub. Bakıda rəqibini məğlub edə bilməyən (0:0) Qurban Qurbanovun yetirmələrini səfərdə istəyinə çatıb.
Mərhələ keçmək, bunu oyunu penaltilər seriyasına daşımadan gerçəkləşdirmək üçün “Qarabağ” mütləq qol vurmalıydı. Cari mövsüm keçirdiyi 3 oyunda 6 qol vuran təmsilçimizin məhsuldarlığı Tiraspolda uğura ümid etməyə əsas verirdi.
Ardıcıl 4-cü dəfə Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksələn ağdamlılar tilsimlənmiş raundu keçməyə iddialıydı. Əvvəlki üç mövsümdə “Zalsburq”, “Seltik” və “Viktoriya” sədlərinə ilişdikdən sonra mübarizəni Avropa Liqasında davam etdirən “Qarabağ” bu xoşagəlməz tendensiyanı hər hissədə bir top vuraraq qırdı. Qurban Qurbanovun komandası ölkə futbolu tarixində ÇL-in pley-off mərhləsinə qatılan ilk kollektiv kimi, adını tarixə yazdırdı.
Çempionlar Liqası
III təsnifat mərhələsi
Cavab oyunu
1 avqust
21.00 Şerif (Moldova) - Qarabağ (Azərbaycan) - 1:2
Qollar: Badibanqa, 90+4 - Dino Ndlovu, 45+3. Miçel, 86.
Hakimlər: Roy Reynşreyber, Amihay Yehoşua Mozes, Dan Uçeniç, Daniel Bar Natan (İsrail).
UEFA nümayəndəsi: Edqars Pukinsks (Latviya).
Hakim-inspektor: Paulius Malzinskas (Litva).
Tiraspol. “Şerif” stadionu
“Şerif”: 1. Zvonimir Mikuliç, 4. Petru Raku, 6. Viktor Oliveyra, 8. Ceremi De Noyer, 15. Kristiano da Silva, 20. Kirill Bayala, 30. Yosip Brezoveç, 39. Ziquy Badibanqa, 55. Mateo Suşiç, 90. Vyaçeslav Posmak, 99. Vitalie Damaşkan
Ehtiyat oyunçular: 25. Sergey Yuriç, 3. İon Yardan, 9. Stefan Muqoşa, 14. Benjamin Balima, 18. George Anton, 32. Yevgeni Oansea, 37. Vitalie Bordian
Baş məşqçi: Roberto Bordin
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov, 17. Donald Gerrye, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 44. Ağabala Ramazanov, 52. Yakup Jejniçak, 91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov
1. Oyunun start fiti səsləndirildi.
15. Ərazi üstünlüyü uğrunda mübarizə davam edir.
16. "Qarabağ" künc zərbəsi yerinə yetirir. Gerye dəqiq oynamadı.
20. "Şerif" Susiçlə qola yaxın oldu, İbrahim Şehiç komandasını xilas etdi.
23. Maksim Medvedev qaydanı pozdu. Müdafiəçi Badibanqaya qarşı kobud oynadı.
25. Miçel də Badibanqanı yolverilməz fəndlə dayandırdı.
26. Rakunun vuruşunu Şehiç zərərsizləşdirdi.
28. Donald Gerye kobud oyuna görə sarı vərəqə aldı.
31. Brezoviçin zərbəsindən sonra Şehiç yerindədi.
31. Maksimi Jezniçak əvəzlədi.
33. İbrahim Şehiç bu dəfə də Damaşkanın zərbəsindən sonra qola icazə vermədi.
35. Miçel də hakim tərəfindən xəbərdarlıq alır.
38. Ndlovuya qarşı kobud oynayan "Şerif"in Posmak "sarı" gördü.
39. Qara Qrayevin cərimə zərbəsini yerinə yetirdi. Vuruşu dəqiq alınmadı.
44. "Şerif"ə daha bir xəbərdarlıq. Damaşkan sarı vərəqə aldı.
45+3. QOOOOOOOOOOOOOOOOOLLLL!!! Ndlovu hesabı açdı.
45+5. 5 dəqiqə əlavə edilən hissə bitdi.
46. İkinci yarı başladı.
47. Brezoviçin sarı vərəqəylə üzləşməsi başadüşüləndi.
49. Brezoviçin qola sevinməsinə Şehiç əla reaksiya ilə əngəl oldu.
57. "Sarı" növbəsi oyunu yaxşı keçirən Şehiçə çatdı.
60. Əfran meydandadı.O, Mahirin əvəzinə top qovacaq.
64. Brezoviçin qol arayışı istədiyi kimi alınmadı.
67. Geryenin künc zərbəsi ikinci qolu gətirmədi.
70. Damaşkan hədəfdən yayındı.
71. "Qarabağ" ikinci qolu vurmağa tələsmir.
73.Aqoli də "sarı"yla üz-üzə qaldı. 1 dəqiqə öncə Almeyda əla zərbəylə rəqib qapıçıya çətin anlar yaşatmışdı.
80.Muqoşanın zərbəsindən sonra top Şehiçdə qaldı.
86.QOOOLLLL!!! Miçel komandasını tarixi ana yaxınlaşdırdı.
90. Oyuna 3 dəqiqə əlavə olundu.
90+3. Hakim matçı bitirmir.
90+4. Badibanqa hesab arasındakı fərqi penaltidən azaltdı.
90+5. Referinin fiti təmsilçimizi tarixində ilk dəfə oynayacağı pley-offa daşıdı.
Fanat.Az