"Qarabağ" ilk transferini reallaşdırdı

"Qarabağ" ilk transferini reallaşdırdı

"Qarabağ" mövsüm başa çatmamış ilk transferini reallaşdırıb. Fanat.Az azerifootball.com-a istinadən xəbər verir ki, Ağdam klubu Təmkin Xəlilzadəni heyətinə qatıb.

Artıq tərəflər arasında anlaşma əldə olunub. "Qarabağ" yeni transferini mövsüm başa çatandan sonra rəsmən elan edəcək.

Təmkin Xəlilzadə 2013/14 mövsümündə "Qarabağ"ın əsas heyətində çıxış edib. Həmin vaxt o, 4 Premyer Liqa oyununa çıxaraq 227 dəqiqə oynayıb. 2014/15 mövsümünü AZAL-da keçirən (25 oyun) 23 yaşlı yarımmüdafiəçi 2015/16 mövsümündən "Zirə"nin formasını geyinir. Bu müddətdə o, 59 oyuna çıxıb. O, cari mövsümdə 1 qol vurub.

Qeyd edək ki, "Qarabağ"ın "İnter"dən Azər Salahlını da transfer edəcəyi deyilir.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər