"Qarabağ" hava limanındaböyük coşqu ilə qarşılandı - VİDEO - FOTO

"Qarabağ" hava limanındaböyük coşqu ilə qarşılandı - VİDEO - FOTO

Moldovanın "Şerif" komandasına qalib gələrək Çempionlar Liqasının "play-off" mərhələsinə vəsiqə qazanan "Qarabağ" futbol komandasının üzvləri Bakıya qayıdıblar.

Fanat.az report.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçilərini Moldovadan gətirən təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.

Futbolçuları çoxsaylı idman azarkeşləri, ictimaiyyət nümayəndələri və media mənsubları böyük coşqu və həvəs hissi, habelə "Qarabağ, Qarabağ!" şüarları ilə qarşılayıblar. Buna səbəb komandanın Çempionlar Liqasının "play-off" mərhələsinə vəsiqə qazanmasıdır. 

Qeyd edək ki, Bakıda keçirilən ilk qarşılaşmada rəqibindən qolsuz bərabərliklə ayrılan "Qarabağ" səfərdə lazımı nəticəni təmin etdiyindən qitənin ən nüfuzlu klub turnirində "play-off" mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu kimi idman tarixinə düşüb. Ölkə çempionu paralel olaraq son üç mövsümdə iştirakçısı olduğu Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edib. 

"Qarabağ" hava limanındaböyük coşqu ilə qarşılandı - VİDEO - FOTO

"Qarabağ" hava limanındaböyük coşqu ilə qarşılandı - VİDEO - FOTO

"Qarabağ" hava limanındaböyük coşqu ilə qarşılandı - VİDEO - FOTO

"Qarabağ" hava limanındaböyük coşqu ilə qarşılandı - VİDEO - FOTO

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər