"Qarabağ" çempionatda 4 qol vurduğu komandaya uduzdu

"Qarabağ" çempionatda 4 qol vurduğu komandaya uduzdu

Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən klublar yoxlama oyunlarında güclərini sınayırlar. Fanat.Az xəbər verir ki, fürsətdən yararlanan "Sumqayıt” "Qarabağ”la qarşılaşıb.

 Görüş "kimyaçılar”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Sumqayıt”ın qollarını 10-cu dəqiqədə Amil Yunanov, 19-cu dəqiqədə isə Azər Salahlı rəqib qapısından keçirib. "Qarabağ”da isə Miçel penalti zərbəsindən fərqlənib. Qeyd edək ki, "Qarabağ" Premyer Liqanın VI turunda "Sumqayıt"la qarşılaşmış və 4:1 hesablı qələbə qazanmışdı. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər