"Qarabağ" bu yay ÇL-dən nə qədər qazanıb? - MƏBLƏĞ

"Qarabağ" bu yay ÇL-dən nə qədər qazanıb? - MƏBLƏĞ

"Qarabağ"ın bu yay Çempionlar Liqasından qazandığı məbləğ müəyyənləşib. Fanat.Az-ın hesablamalarına görə, Ağdam klubu ümumilikdə 15 milyon 440 min avro qazanıb.

Azərbaycan çempionu mübarizəyə birbaşa turnirin II təsnifat mərhələsindən başlayıb və bu mərhələyə görə 320 min avro qazanıb. Növbəti mərhələdə büdcəsini 420 min avro zənginləşdirən "Qarabağ" "play-off" mərhələsində cütün qalibi olunuğuna görə 2 milyon avro mükafat əldə edib. Qrup mərhələsində iştiraka görə isə UEFA kluba 12 milyon 700 min avro ödəyəcək.

"Qarabağ" bundan sonra da büdcəsini zənginləşdirə bilər. Belə ki, qrupda hər qələbəyə görə komandalara 1.5 milyon, hər heç-heçəyə görə 500 min avro mükafat veriləcək.

Qeyd edək ki, 1/8 finala çıxan komandalar əlavə olaraq 6, 1/4 finala yüksələnlər 6.5, yarımfinalda iştirak edəcək klublar 7.5 milyon avro alacaq. Turnirin finalçısı 11, qalibi isə 15.5 milyon avroya sahib çıxacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər