"Qarabağ" bu gün transfer bombasını partlada bilər

"Qarabağ" bu gün transfer bombasını partlada bilər

Braziliyalı futbolçu Pedro Enrikenin "Qarabağ"a keçidi bu gün rəsmiləşə bilər. Fanat.Az xəbər verir ki, bu barədə sport24.gr məlumat yayıb.

Belə ki, futbolçu bu gün Salonikidə PAOK-un idman direktoru Lüboş Mixellə görüşəcək. Həmin görüşdə yekun qərar veriləcək. 

Qeyd edək ki, "Qarabağ" braziliyalını bir illik icarəyə götürmək və sonradan 3 milyon avro ödəməklə transfer hüququnu almaq istəyir.

Pedro Enrike Braziliyanın "Avenida" və "Kaxias" klublarında oynadıqdan sonra  2012-ci ildə İsveçrənin "Sürix" klubuna keçib. O, 2014-cü ildə Fransanın "Renn" klubuna 400 min avroya transfer olunb. PAOK isə bu ilin yanvarında 27 yaşlı yarımmüdafiəçini 1,6 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 3 milyon avro qiymət qoyub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər