"Qarabağ" bu axşam yola düşür

"Qarabağ" bu axşam yola düşür

"Qarabağ" bu axşam Danimarkaya yollanacaq. Fanat.Az xəbər verir ki, ağdamlıların çalışdırıcısı Qurban Qurbanov yetirmələrini iqlim dəyişikliyinin, saat fərqinin yarada biləcəyi əlavə problemlərdən sığortalamaq üçün belə qərar verib.

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Kopenhagen"i 1:0 hesabıyla üstələyən ağdamlılar cavab görüşünə daha hazırlıqlı çıxmaqda qərarlıdı.

Qeyd edək ki, tərəflər arasındakı ikinci duel 23 avqust tarixində, Bakı vaxtı ilə 22:45-də başlayacaq.

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər