"Qarabağ" britaniyalını iyulda transfer edəcək

"Qarabağ" britaniyalını iyulda transfer edəcək

Şimali İrlandiya millisinin hücumçusu Kayl Lafferti Avstriyada "Qarabağ"a qoşulacaq. Fanat.Az Britaniya mətbuatına istinadən xəbər verir ki, futbolçuyla klub arasında Bakıda baş tutan Azərbaycan - Şimali İrlandiya matçından sonra danışıq olub.

Mənbəyə inansaq, Laffertiylə münasibətlər iyulda rəsmiləşdiriləcək.

Qeyd edək ki, forvard DÇ-2018-in seçmə mərhələsi çərçivəsində iyunun 10-da Bakıda baş tutan görüşün ardından "Qarabağ"dan təklif almadığını, alacağı halda müsbət qarşılayacağını söyləmişdi.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər