"Qarabağ" Avstriyada darmadağın gördü - VİDEO

"Qarabağ" Avstriyada darmadağın gördü - VİDEO

"Qarabağ” Avstriya toplanışı çərçivəsində sonuncu yoxlama oyununa çıxıb. Fanat.Az xəbər verir ki, ağdamlılar Danimarkanın “Brondbü” komandası ilə qarşılaşıblar.

 

Yay təlim-məşq toplanışını Avstriyanın Tirol bölgəsində keçirən Azərbaycan çempionu bu oyun üçün Zalsburqa yollanıb. Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstanın “Samtredia” klubu ilə üz-üzə gələcək “Qarabağ” bu qarşılaşma ilə birlikdə Avropadakı hazırlıqlarını yekunlaşdırıb.

 

Görüş isə danimarkalıların 5:1 hesablı darmadağını ilə yekunlaşıb. Azərbaycan çempionunun yeganə qoluna Dino Ndlovu imza atıb.

 

Qeyd edək ki, ağdamlılar bundan öncə keçirdiyi 3 hazırlıq matçında da uduzub. Təmsilçimiz Rusiya Premyer Liqa klubu “Axmat”a 0:1, Bolqarıstan MOİK-inə 2:5, digər Rusiya klubu “Dinamo”ya isə 0:1 hesabı ilə məğlub olub.

 

Qarabağ - Brondbü 1:5

Qollar: Dino Ndlovu, 52 - Kliment, 10-pen; 39, Vilçek, 20. Kalmar, 66. Andreas Bruus, 73.

Qarabağ: 13. Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 6. Dino Ndlovu, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov, 91. Coşqun Diniyev, 25. Ansi Aqolli, 22. Əfran İsmayılov, 55. Bədavi Hüseynov.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər