“Qarabağ” bu gün Avstriyada son sınaq matçını keçirib. Fanat.Az xəbər verir ki, Qurban Qurbanovun komandası Danimarka “Bröndbü”süylə üz-üzə gəlib.
Avstriyanın Tirol bölgəsində hazırlaşan ağdamlılar danimarkalılarla görüşə Zalsburqda çıxıb. Oyun "Bröndbü"nün 5:1 hesablı qələbəsiylə başa çatıb. Təmsilçimizin qolunu Dino Ndlovu vurub. Yay təlim-məşq toplanışı çərçivəsində keçirdiyi bütün oyunlarda uduzan "köhlən atlar" bununla da Avstriya hazırlığını başa vurub.
Qeyd edək ki, "Qarabağ" daha öncə Qroznı “Axmat”ına 0:1, Bolqarıstan MOİK-inə 2:5, Moskva “Dinamo”suna 0:1 hesabı ilə yenilmişdi.
Sınaq oyunu
“Qarabağ” – “Brondbü” - 1:5
Qollar: Dino Ndlovu, 52 - Kliment, 10 (pen.), 39, Vilçek, 20, Kalmar, 66, Andreas Bruus, 73
Avstriya, Zalsburq
“Qarabağ”ın start heyəti: 13. Şehiç, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 25. Ansi Aqolli, 5. Maksim Medvedev, 8. Miçel, 6. Dino Ndlovu, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov, 91. Coşqun Diniyev, 22. Əfran İsmayılov.
Fanat.Az