"Qarabağ" artıq Kopenhagendə

"Qarabağ" artıq Kopenhagendə

Dünən saat 17:50-də Bakı - Kopenhagen reysiylə Danimarkaya yollanan "Qarabağ" artıq mənzil başına çatıb.

Fanat.Az xəbər verir ki, "köhlən atlar" Danimarka paytaxtına çatmaq üçün 5 saatlıq yol qət ediblər. Gecəni istirahətlə keçirən komanda üzvləri bu gün oyunun keçiriləcəyi saatda "Parken" stadionunda məşqə çıxacaqlar. Bundan əvvəl isə Qurban Qurbanov jurnalistlərin suallarını cavablandıracaq. 

Qeyd edək ki, "Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında sabah "Kopenhagen”in qonağı olacaq. Qarşılaşma Bakı vaxtıyla saat 22:45-də start götürəcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər