"Qarabağ" A Seriyasında oynayan futbolçuya təklif göndərib- AÇIQLAMA

"Qarabağ" A Seriyasında oynayan futbolçuya təklif göndərib- AÇIQLAMA

"Qarabağ"ın "Palermo"nun yarımmüdafiəçisi Karluş Embalonu transfer etmək istəməsi barədə xəbərlər təsdiqlənib. Fanat.Az xəbər verir ki, bu barədə 22 yaşlı forvardın meneceri Beppe Akkardi məlumat verib. 

O deyib ki, "Qarabağ"  və digər klublardan təklif alıblar. Beppe Akkardi Karluş Embalonun gələcəyi ilə bağlı hələlik yekun qərarı vermədiklərini vurğulayıb: "Ötən il “Lion”, “Anderlext”, “Ştutqart” və “Atletiko” onu istəsə də, Karluş “Palermo”ya qayıtmağı üstün tutmuşdu. Halbuki başqa futbolçu olsaydı, fərqli qərar qəbul edərdi. Embalo Palermo şəhərinə olan sevgisinə görə bu addımı atdı. Hazırda onu “Breşiya” ilə yanaşı, avrokubokda çıxış edən “Qarabağ” və “Luqano” klubları da istəyir. Mənə elə gəlir ki, Embalo üçün ən doğru qərar əvvəl də çıxış etdiyi “Breşiya”ya qayıtmaq olar”.

Qeyd edək ki, Embalo 2013-cü ildə Portuqaliyanın "Çaves" klubundan "Palermo"ya 195 min avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 1,7 milyon avro qiymət qoyub. Ötən mövsüm A Seriyasında 12 oyun keçirən futbolçu "Palermo" tərəfindən 2014-2016-cı illərdə "Karpi", "Leççe" və "Breşiya" klublarına icarəyə verilib. 

Onu da qeyd edək ki, "Palermo" B Seriyasına yuvarlanıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər