Çempionlar Liqasının pley-off mərhələsində oynayacaq komandalar məlumdu. Qitənin ən nüfuzlu futbol turnirinin III təsnifat mərhələsinin son 14 oyunundan sonra "Qarabağ" da potensial rəqiblərini tanıyıb.
Reytinqinə görə ilk səpələnmişlər arasına - daha güclü beşliyə düşə bilməyən Azərbaycan çempionu 5 səpələnməmişdən biri qismində avqustun 4-də baş tutacaq püşkatmanı gözləyəcək. Dəqiqləşdirsək, “Olimpiakos”, “Seltik”, “Kopenhagen”, APOEL və “Maribor” təmsilçimizin pley-offdakı potensial rəqibləridi.
Çempionlar yolu
Səpələnmişlər
“Olimpiakos” (Yunanıstan)
“Seltik” (Şotlandiya)
“Kopenhagen” (Danimarka)
APOEL (Kipr)
“Maribor” (Sloveniya)
Səpələnməmişlər
“Qarabağ” (Azərbaycan)
“Astana” (Qazaxıstan)
“Riyeka” (Xorvatiya)
“Hapoel” (Beyer-Şeva, İsrail)
“Slaviya” (Çexiya)
Liqa yolu
Səpələnmişlər
“Sevilya” (İspaniya)
“Napoli” (İtaliya)
“Liverpul” (İngiltərə)
MOİK (Rusiya)
“Sportinq” (Portuqaliya)
Səpələnməmişlər
“Styaua” (Rumıniya)
“Yanq Boyz” (İsveçrə)
“Hoffenhaym” (Almaniya)
“Nitsa” (Fransa)
“Başakşəhər” (Türkiyə)
Fanat.Az