"Qarabağ" 4 türk futbolçu transfer etdi

"Qarabağ" 4 türk futbolçu transfer etdi

Yeni mövsümdən etibarən Avstriyanın Regional Liqasında çıxış edəcək "Qarabağ" klubu heyətini gücləndirməyə davam edir. Fanat.Az xəbər verir ki, Vyana təmsilçisi bu yay heyətinə 4 türk futbolçu qatıb.

Belə ki, "Qarabağ" Turqay Gemicibaşı (Gutersloh, Avstriya), Fatih Ekinci (Elektra, Avstriya), Coşkun Kayhan (Stripfinq, Avstriya) və Osman Bozkurtla (Stadlau, Avstriya) müqavilə bağlayıb. Bu futbolçular türk əsilli Avstriya vətəndaşlarıdı.

Qeyd edək ki, "Qarabağ" bir neçə gün əvvəl U-21 millimizdə oynamış Elvin Bədəlov (Neftçi) və Dmitri Nağıyevi (Dnepr, Ukrayna) heyətinə qatıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər