"Qarabağ" 3 milyon avroya futbolçu transfer edir

"Qarabağ" 3 milyon avroya futbolçu transfer edir

"Qarabağ" braziliyalı futbolçu transfer edir. Fanat.Az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.

Məlumata görə, "Qarabağ" PAOK-un futbolçusu Pedro Enrikeni transfer etməyə çalışır. Həmkarlarımız iddia edir ki, təmsilçimiz braziliyalını bir illik icarəyə götürmək və sonradan 3 milyon avro ödəməklə transfer hüququnu almaq istəyir.

Pedro Enrike Braziliyanın "Avenida" və "Kaxias" klublarında oynadıqdan sonra - 2012-ci ildə İsveçrənin "Sürix" klubuna keçib. O, 2014-cü ildə Fransanın "Renn" klubuna 400 min avroya transfer olunb. PAOK isə bu ilin yanvarında 27 yaşlı yarımmüdafiəçini 1,6 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 3 milyon avro qiymət qoyub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər