"Qarabağ”ın heyətində bu turnirdə oynamaqdan qürur duyuram"

"Qarabağ”ın heyətində bu turnirdə oynamaqdan qürur duyuram"

"Qarabağ"ın futbolçusu Pedro Enrike Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində İtaliya "Roma"sı ilə oyundan öncə təşkil edilən mətbuat konfransında iştirak edib. Fanat.Az xəbər verir ki, braziliyalı futbolçu ÇL-in qrup mərhələsinin ilk ev oyununda yaxşı nəticə əldə etmək üçün əllərindən gələni edəcəklərini bildirib: 

"Qarabağ”ın heyətində belə bir turnirdə çıxış etməkdən böyük qürur hissi duyuram. Bizim üçün çox çətin olacaq. Çempionlar Liqasının qrupunda oynamaq bütün komanda yoldaşlarım üçün fəxrdi. İlk ev oyunumuzdu. Bu səbəbdən, əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər