"Qarabağ” - “Şerif” oyununu idarə edəcək hakimlər

"Qarabağ” - “Şerif” oyununu idarə edəcək hakimlər

“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsində Moldova təmsilçisi “Şerif”lə ilk görüşünü idarə edəcək hakimlərin adları açıqlanıb.

Fanat.Az xəbər verir ki, iyulun 25-də Bakıda keçiriləcək matç belaruslu ədalət təmsilçilərinə həvalə olunub.

Oyunun baş hakimi Sergey Tsınkeviçdir. Ona Yevgeni Romanovla Vitali Malyutsin kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Viktor Şimusik yerinə yetirəcək.

Oyunun UEFA nümayəndəsi qazaxıstanlı Kuanış Kanapyanov, hakim-inspektoru isə bolqarıstanlı İçko Lozev olacaq.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 21:00-da başlayacaq. Bu kollektivlər arasındakı cavab görüşü avqustun 1-də olacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər