"Qalatasaray"ın sabiq futbolçusu "Kəpəz"dən danışdı

"Qalatasaray"ın sabiq futbolçusu "Kəpəz"dən danışdı

Çexiya millisinin, "Liverpul", "Lion", "Qalatasaray" kimi məşhur klubların şərəfini qorumuş Milan Baroş yaxınlarda ölkəsinin "Slovan" klubu ilə 2 illik müqavilə bağlayıb.

Fanat.az xəbər verir ki, 34 yaşlı hücumçu Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində Bakıya gələ bilər. Belə ki, "Kəpəz" sabah Avstriyanın "Admira Vakker" klubunu turnirdən uzaqlaşdıra bilsə, Liberets klubu ilə növbəti mərhələdə üz-üzə gələcək.

Baroş isə yeni klubunda debütünü məhz Avroliqada edə bilər. Məşhur futbolçu denik.cz saytına bu haqda danışıb: "Avstriya klubu ilə qarşılaşmaq daha yaxşı olardı. Lakin hər 2 rəqib haqda çox şey bilmirik. Ona görə də bizim üçün kiminlə qarşılaşmaq o qədər də önəmli deyil. Məşqçilər qərar verəcək ki, həmin matçlarda oynacağam, ya yox".

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər