"Qalatasaray" yarımmüdafiəçini rənglərinə bağlamaq istəyir

"Qalatasaray" yarımmüdafiəçini rənglərinə bağlamaq istəyir

"Qalatasaray" hazırda "Sanderlend"də çıxış edən 21 yaşlı yarımmüdafiəçi Noa Sadiki ilə maraqlanır. 

Fanat.Az xəbər verir ki, informasiyanı "The Sun" yayıb.

Məlumata görə, "sarı-qırmızılar" gənc futbolçunu yaxından izləyirlər. İstanbul nəhəngi Sadiki ilə bağlı İngiltərə klubuna təklif ünvanlamağa hazırlaşır. 

"Sanderlend" oyunçu üçün yüksək transfer məbləği əldə etməyi hədəfləyir. Yeri gəlmişkən, "qırmızı-ağlar" Sadikini ötən yay Belçikanın "Union" klubundan 17 milyon avroya transfer edib.

21 yaşlı yarımmüdafiəçinin "Sanderlend"lə müqaviləsinin müddəti 2030-cu ilə qədərdir.

İndiyədək "qara pişiklər"in heyətində 35 oyuna çıxan Noa bir məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalı oyunçunun transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər