"Qalatasaray" müqaviləsini yenilədiyi oyunçunu sata bilər

"Qalatasaray" müqaviləsini yenilədiyi oyunçunu sata bilər

Bu mövsüm "Qalatasaray" ilə müqaviləsi uzadılan Mario Lemina komandadan ayrıla bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "beIN SPORTS" yayıb.

Leminanın "sarı-qırmızılar"dan ayrılma ehtimalına toxunan müxbir Nəzih Akşənər bildirib: "Oyunçuya qarşı konkret maraq var və klubun tələbləri yerinə yetiriləcəyi təqdirdə onun ayrılmasına icazə verilə bilər".

Qabonlu futbolçu 2019/2020-ci illərdə də "cim-bom"un heyətində çıxış edib.

Mario ötən "futbol ili"ndə 41 matça çıxaraq, 3 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər