"Qalatasaray" Batrakova rəsmi təklif göndərdi

"Qalatasaray" Batrakova rəsmi təklif göndərdi

"Qalatasaray"  “Lokomotiv Moskva” komandasında çıxış edən Aleksey Batrakov üçün rəsmi təklif göndərib.

Fanat.Az xəbər verir ki, informasiyanı türkiyəli insayder Yağız Sabuncuoğlu yayıb.

Məlumata görə, İstanbul təmsilçisi 21 yaşlı yarımmüdafiəçiyə görə 25+3 milyon avro təklif edib.

"Lokomotiv"in yetirməsi olan Aleksey Batrakov 2024-cü ildən əsas komandadadır.

21 yaşlı futbolçu ötən mövsüm 36 matça çıxıb, 17 qol vurub və 11 məhsuldar ötürməyə imza atıb.

"Transfermarkt" portalı Batrakovun transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər