"Oyundan oyuna daha da inkişaf edirik" - "Şəfa"nın baş məşqçisi

"Oyundan oyuna daha da inkişaf edirik" - "Şəfa"nın baş məşqçisi

1-ci Liqanın iddialılarından olan "Şəfa" QƏbələ toplanışı çərçivəsində "Ordu" ilə qarşılaşıb. Bakılılar digər 1-ci Liqa təmsilçisini 1:0 hesabı ilə məğlub ediblər. "Şəfa"nın baş məşqçisi Elgiz Kərəmli ilə əlaqə saxlayıb oyun barədə fikirlərini bölüşməsini xahiş etdik. 

Gənc mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu:

"Oyun istədiyimiz kimi keçdi. Rəqibin yaxşı təşkilatlanmış komanda olmasına baxmayaraq, oyuna nəzarət etməyi bacardıq. İlk 60 dəqiqə ərzində topa nəzarət biz tərəfdə idi. Qol fürsətləri yaratmağımıza baxmayaraq, epizodlardan istifadə edə bilmədik. Birinci hissədə vurduğumuz yeganə qol oyunda qələbə qazanmağımıza komək oldu. Futbolçulardan razı qaldım. Oyundan oyuna daha da inkişaf edirik. Sevinirəm ki istədiyimiz oyunu nümayiş etdiririk".

Qeyd edək ki, ötən mövsüm 2-ci Liqada 2-ci yeri tutaraq 1-ci Liqaya yüksələn Bakı təmsilçisi 28 avqust tarixinə qədər davam edəcək Qəbələ toplanışı çərçivəsində daha 2 sınaq qarşılaşması keçirməyi planlaşdırır.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər