"Oradan ayrılandan sonra onlarla ilk dəfə qarşılaşacağıq" - "Şəfa"nın baş məşqçisi

"Oradan ayrılandan sonra onlarla ilk dəfə qarşılaşacağıq" - "Şəfa"nın baş məşqçisi

1-ci Liqanın şəriksiz lideri "Şəfa" növbəti çempionatın 8-ci turunda "Difai"ni qəbul edəcək. Noyabrın 22-də Binə qəsəbə stadionunda reallaşacaq qarşılaşma ərəfəsində meydan sahiblərinin baş məşqçisi Elgiz Kərəmli ilə əlaqə saxlayıb oyun barədə fikirlərini öyrəndik.

33 yaşlı çalışdırıcının Fanat.Az-a açıqlamasını təqdim edirik:

"Difai" mənə baş məşqçi kimi güvənən ilk klubdur. Oradan ayrılandan sonra onlarla ilk dəfə qarşılaşacağıq. Daim izlədiyim klubdur. İldən-ilə inkişaf edirlər. Bu mövsüm gənclərin inkişafında rol oynayan klublardandır. Asan təslim olmayan kollektivdir. Rəqibin hücum xəttinin keyfiyətli olduğunu bilirik. Oyuna həmişə oldugu kimi, ciddi hazırlaşırıq. Sıx qrafikə giririk. Növbəti 3 oyunumuz dordgündənbir olacaq. Buna hazırıq. Rotasiya etmək imkanımız var. Bu tip çətinliklərə görə hər futbolçumuzun hazır olmasına çalışrıq. Məqsədimiz birinci dövrənin son iki oyununu itkisiz başa vurmaq və "Qəbələ" ilə kubok oyununa yüksək əhval-ruhiyyə ilə hazırlaşmaqdır".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər