"Naxçıvan"ın baş məşqçisi: "Ordu" ilə oyuna yaxşı başlasaq da, yekunda pis nəticə göstərdik"

"Naxçıvan"ın baş məşqçisi: "Ordu" ilə oyuna yaxşı başlasaq da, yekunda pis nəticə göstərdik"

"Naxçıvan" "Ordu" ilə oyuna yaxşı başlasa da, yekunda pis nəticə göstərib.

Fanat.Az xəbər verir ki, bunu "Naxçıvan"ın baş məşqçisi Nikola Bozinoski klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis Azərbaycan Basketbol Liqasının XI turunda "Ordu"ya məğlub olduqları qarşılaşma (64:86) ilə bağlı fikirlərini bölüşüb:

"Oyuna yaxşı başlasaq da, yekunda çox pis nəticə göstərdik. Müəyyən dəqiqələrdə xal qazanmaqda çox çətinlik çəkdik. Çox pis üçlük faizi ilə çıxış etdik. Hər matçda rəqibin iki oyunçusunu dayandıra bilmirik. Rəqib hesabda önə keçdikdən sonra komandamız zəif mübarizə apardı. Sadə dillə desək, görüşü rəqibə "hədiyyə" etdik".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər