"Milan" yeni yarımmüdafiəçi ilə anlaşdı

"Milan" yeni yarımmüdafiəçi ilə anlaşdı

“Milan” “Strasburq”un belçikalı oyunçusu Dieqo Moreyranı heyətinə qatıb.

Fanat.Az xəbər verir ki, informasiyanı İtaliya klubunun mətbuat xidməti yayıb.

22 yaşlı yarımmüdafiəçi ilə 2031-ci il iyunun 30-dək müqavilə imzalanıb. Moreyra “Milan”da 22 nömrəli formanı geyinəcək.

Futbolçu “Benfika” yetirməsidir. 

Moreyra 2023/2024-cü illər mövsümündə “Lion”da da çıxış edib. 2024-cü ilin yayında isə “Strasburq”a keçib. Gənc oyunçu sürəti və texniki imkanları ilə seçilir.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər