"Məqsədimizə nail olmaq üçün..." - "Kəpəz"in futbolçusu

"Məqsədimizə nail olmaq üçün..." - "Kəpəz"in futbolçusu

Premyer Liqanın XXIV turunda səfərdə "Qarabağ”la qarşılaşacaq "Kəpəz” hazırlığı Bakıda davam etdirir. 

Fanat.Az xəbər verir ki, "sarı-göylər”in kapitanı Tural Axundov Ağdam klubu ilə matç öncəsi klubun rəsmi saytına fikirlərini bölüşüb:

"Uğurlu çıxışımızın ardını gətirmək istəyirik. Bundan sonra xal itirə bilmərik. Bizə məqsədimizə nail olmaq üçün qələbə lazımdır. Bilirik ki, "Qarabağ”a qarşı görüş ağır keçəcək. Rəqib çox güclüdür. Odur ki, məşqlərdə əzmlə çalışırıq. Əlimizdən gələni edəcəyik ki, uğurlu nəticə qazanaq. Milli komandaların seçmə oyunları səbəbindən çempionatda yaranan fasilə xeyrimizə işlədi. İlk növbədə yaxşı istirahət edib psixoloji vəziyyətimizi düzəltdik. Növbəti oyunlara hazırlaşmaq üçün daha çox vaxtımız oldu”.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər