"Məhz bu məqamlar qələbə qazanmağımıza mane oldu" - "Şəfa"nın vingeri

"Məhz bu məqamlar qələbə qazanmağımıza mane oldu" - "Şəfa"nın vingeri

1-ci Liqanın 6-cı turunda öz meydanında "Səbail"lə qarşılaşan "Şəfa" çempionluq mübarizəsindəki əsas rəqibi ilə 2:2 hesablı bərabərliyə razılaşaraq xal hesabını 16-ya çatdırdı və turnir cədvəlində şəriksiz lider mövqeyində qaldı. "Şəfa"da daha çox vinger qismində çıxış edən Emin Zamanovla əlaqə saxlayıb həm son matç barədə fikirlərini öyrəndik, həm də Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində sabah "Cəbrayıl"a qarşı keçirəcəkləri oyundan nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Düşünürəm ki, çox maraqlı və gərgin matç alındı. Hər iki komanda çempionluq uğrunda mübarizə  aparır. Bəzi məqamlarda daha diqqətli olmalı idik. Xüsusilə də, standart vəziyyətlərdə... Məhz bu məqamlar qələbə qazanmağımıza mane oldu.

"Mingəçevir"lə çempionat matçından öncə sabah "Cəbrayıl"la çətin kubok oyunumuz var. Hazırda bütün diqqətimiz o oyundadır. Allahın izni ilə kubok matçını da uğurlu şəkildə başa vurduqdan sonra "Mingəçevir"lə səfər qarşılaşması barədə düşünəcəyik".

Nihat

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər