"Marka" nəşri "Qarabağ"dan üzr istədi!

"Marka" nəşri "Qarabağ"dan üzr istədi!

İspaniyanın “Marka” nəşri separatçı bölgələri təmsil edən futbol komandaları haqqında hazırladığı yazıda “Qarabağ”ın da adını qeyd edib.

Məşhur nəşrdə Ağdam klubu Qondarma Dağlıq Qarabağ Respublikasının təmsilçisi kimi təqdim edilərək, “Hazırda Moldova və Azərbaycan öz müstəqilliklərini birtərəfli elan etmiş ərazilərə qarşı mübarizə aparır. Moldova Dnestryanı Respublikanı, Azərbaycan isə Dağlıq Qarabağı özünə tabe etməyə çalışır. Maraqlıdır ki, bu bölgələri təmsil edən “Şerif” tabe olmadığı Moldova, “Qarabağ” da tabe olmadığı Azərbaycan çempionatlarında mübarizə aparırlar. Hər ikisi son ilin çempionlarıdır” yazılıb.

Lakin, Azərbaycan tərəfinin “Marka”ya etirazından sonra məşhur nəşr sözügedən yazıdakı səhvini düzəldib, “Qarabağ”dan da üzr istəyib.(Yenicag.az)

"Marka" nəşri "Qarabağ"dan üzr istədi!

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər