"Mançester Siti" Qvardiolanı Fabreqasla əvəz edəcək - İDDİA

"Mançester Siti" Qvardiolanı Fabreqasla əvəz edəcək - İDDİA

İtaliyanın "Komo" klubunun baş məşqçisi Sesk Fabreqas "Mançester Siti"nin sükanı arxasında Xosep Qvardiolanı əvəz edə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "Il Messaggero" yayıb.  Mənbənin məlumatına görə, Mançester klubunun rəhbərliyi Pep bu mövsümün sonunda "Siti"ni tərk edəcəyi halda, onun yerinə gənc mütəxəssisin namizədliyini götür-qoy edir.  Fabreqasın xidmətində "İnter" və "Milan"ın da maraqlı olduğu bildirilir.  Xatırladaq ki, İngiltərə mətbuatı Xosep Qvardiolanın yayda “Mançester Siti”ni tərk edəcəyini, ispaniyalı mütəxəssisə Səudiyyə Ərəbistanından cəlbedici təklif gəldiyini iddia edir.  Fabreqasın baş məşqçisi olduğu "Komo" İtaliya A Seriyasının turnir cədvəlində 13-cü yerdədir.

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər