"Mançester Siti" İspaniya nəhənginin 50 milyon avroluq təklifini geri çevirdi - SON DURUM

"Mançester Siti" İspaniya nəhənginin 50 milyon avroluq təklifini geri çevirdi - SON DURUM

"Barselona" klubu Rodrini transfer etmək istəyindən əl çəkmir.

Fanat.Az xəbər verir ki, informasiyanı məşhur insayder Fabritsio Romano yayıb.

Məlumata görə, Kataloniya təmsilçisinin 50 milyon avroluq təklifi "Mançester Siti" rəhbərliyi tərəfindən rədd edilib, lakin görüşmələrin davam etdiyi bildirilib.

Rodrinin sadəcə "Barselona"nı istədiyini dilə gətirməsindən sonra, danışıqlar intensivləşib. "Blauqrana" təklifi etdiyi məbləği artırmağı düşünür. 

Qeyd edək ki, son dünya çempionu Rodri İngiltərə klubunun heyətində 33 matça çıxıb, 2 qol vurub. O, 2026-cı il dünya çempionatında 8 matçda çıxış edib və mundialın ən yaxşı oyunçusu seçilib.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər