"Liverpul" 18 yaşlı qapıçı üçün 35 milyon avro ödəyəcək

"Liverpul" 18 yaşlı qapıçı üçün 35 milyon avro ödəyəcək

İngiltərə nəhəngi "Liverpul" Lukki Kiaba Munqanqinin transferi ilə bağlı "Genk" klubu ilə şifahi razılığa gəlib.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.

Mənbənin məlumatına görə, 18 yaşlı qapıçının transfer əməliyyatının ümumi dəyəri 35 milyon avro olacaq. 

İngiltərə klubu oyunçunun tibbi müayinəsindən keçməsi üçün Belçika təmsilçisindən icazə alıb. 

Kiaba Munqanqanın "Liverpul"a 2027-ci ilin yayında keçəcəyi gözlənilir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər