"LANDAU Lions" İsmayıl Abdullayevlə yeni müqavilə imzalayıb

"LANDAU Lions" İsmayıl Abdullayevlə yeni müqavilə imzalayıb

"LANDAU Lions" basketbol klubu 18 yaşlı İsmayıl Abdullayevlə yeni müqavilə imzalayıb.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yerli basketbolçu ilə müqavilənin müddəti 1 ildir.

O, bu yay U-18 və U-20 yığmalarının heyətində Avropa çempionatının B divizionunda uğurlu çıxışı ilə yadda qalıb.

Qeyd edək ki, İ.Abdullayev ötən mövsüm gümüş medal qazanan komandanın heyətində yer alıb. O, ardıcıl üçüncü mövsüm bu kollektivin şərəfini qoruyacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər