"Kəpəz"lə "Zirə"nin oyunlarında qadın idarəçiliyi

"Kəpəz"lə "Zirə"nin oyunlarında qadın idarəçiliyi

Əvəzedici heyətlərin ölkə birinciliyində XII turun təyinatları açıqlanıb. Fanat.az хəbər verir ki, turun iki oyununa qadın hakimlər təyinat alıb.

AZAL - "Kəpəz" oyununu Venera Kahriç idarə edəcək. Onun köməkçilərindən biri və dördüncü hakim də qadın olacaq.

"Zirə" - "Sumqayıt" oyununda ədaləti Səbayel Qurbanova qoruyacaq. Referinin köməkçilərindən biri хanım hakim olacaq.

6 noyabr

AZAL - Kəpəz

Hakimlər: Venera Kahriç, Maya Nəbiyeva, Zöhrab Abbasov, Fəridə Lütfəliyeva. 

Hakim-inspektor: Vaqif  Ayvazov.

Binə qəsəbə stadionu. Saat 13.00.

Zirə - Sumqayıt

Hakimlər: Səbayel Qurbanova, Ülviyyə Mustafayeva, Elçin Əsədov, Rövşən Rəcəbov.

Hakim-inspektor: Səfər Haşımov.

Zirə İdman Kompleksinin stadionu. Saat 15.00.

7 noyabr

Xəzər Lənkəran - Qarabağ

Hakimlər: Tahir Əhmədov, Elxan Əsgərzadə, Hüseyn İmanov, Elgün Hüseynov.

Hakim-inspektor: İrina İsgəndərova.

“Xəzər Lənkəran” mərkəzi stadionu, ehtiyat meydança. Saat 14.00.

Neftçi - Rəvan

Hakimlər: Qorxmaz Eldarov, Vüsal Qənbərov, Elşən Məmmədov, Anar Fərəcov.

Hakim-inspektor: Şamil Useynov.

“Dalğa Arena”. Saat 15.00.

8 noyabr

Qəbələ - İnter

Hakimlər: Fərid Məmmədov, Aleksandr Musatkin, Rasim Əhmədov, Vüqar Həsənli.

Hakim-inspektor: Ələddin Ələkbərov.

Qəbələ şəhər stadionu, 14.00.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər