"Kəpəz"lə oyunda 4 əskiklə...

"Kəpəz"lə oyunda 4 əskiklə...
Premyer Liqanın XXX turunda "Kəpəz"in qonağı olacaq "İnter" oyuna itkilərlə hazırlaşır. Fanat.az xəbər verir ki, baş məşqçi Zaur Svanadze Gəncədə 4 futbolçunun xidmətindən yararlana bilməyəcək.
Belə ki, qapıçı Kamran Ağayevlə yarımmüdafiəçi Nizami Hacıyev zədədən əziyyət çəkir. Hər iki futbolçu Gəncəyə yollanacaq heyətdən kənarda qalacaq.
Sezar Meza Kolli sarı vərəqə limitini doldurub. 7 aydı zədədən əziyyət çəkən Rauf Əliyev isə sağalıb. Amma o, oyun praktikası qazanmaq üçün bir müddət əvəzedici heyətdə forma geyinəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər