"Kəpəz"in yeni transferində agentlik rolu

"Kəpəz"in yeni transferində agentlik rolu

Müdafiə xəttini gücləndirən "Kəpəz"in kosovolu stoper David Domqyenini heyətinə qatmasının təfərrüatları ortaya çıxıb.

Fanat.Az xəbər verir ki, təcrübəli mərkəz müdafiəçisinin Gəncə təmsilçisinə transfer olunmasında BOLD (Best On League Deals) menecer agentliyi əsas rol oynayıb.

Məhz sözügedən agentliyin vasitəçiliyi və sıx danışıqları sayəsində 29 yaşlı futbolçu ilə 1 illik rəsmi müqavilə imzalanıb.

Agentlik nümayəndələri Davidin xarakteri və zəngin təcrübəsi ilə "Kəpəz"ə böyük fayda verəcəyinə inandıqlarını bildirib və transferin gerçəkləşməsində əməyi keçən hər kəsə təşəkkür ediblər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər