"Kəpəz"in rəqibindən 4 qolluq qələbə

"Kəpəz"in rəqibindən 4 qolluq qələbə

Avropa Liqasının ikinci təsnifat mərhələsində "Kəpəz"in rəqibi olan "Admira" Avstriya Kubokunun yeni mövsümündə ilk oyununu keçirib. Fanat.az xəbər verir ki, sözügedən komanda səfərdə "Dornbirner"lə qarşılaşıb.

Matç "Kəpəz"in rəqibinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Kristof Monşayn dubla imza atdığı oyunda digər qolları Toni Vastiç və Markus Bluç vurub. Komandanın daha bir üzvü Fabio Ştrauss isə 70-ci dəqiqədə (hesab 2:0 olarkən) qırmızı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, "Kəpəz"lə "Admira" arasında Avstriyada keçirilmiş oyunda komandamız 0:1 hesablı məğlubiyyətlə üzləşib. Cavab oyunu iyulun 20-də Bakıda keçiriləcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər