"Kəpəz"in rəqibi Avstriya klubu oldu

"Kəpəz"in rəqibi Avstriya klubu oldu

Avropa Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanan "Kəpəz"in rəqibi müəyyənləşib. Fanat.az xəbər verir ki, "Daçiya"nı mübarizədən kənarlaşdıran təmsilçimiz növbəti mərhələdə Avstriyanın "Admira" klubu ilə qarşılaşacaq.

Avstriyalılar I təsnifat mərhələsində Slovakiyanın "Spartak" (Miyava) klubundan güclü olub. Komandalar arasında ilk oyun 1:1 hesabı ilə başa çatmışdı. Bu gün səfərdə 3:2 hesablı qələbə qazanan "Admira" II təsnifat mərhələsinə vəsiqə qazanıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər