"Kəpəz"in məşqçisindən azarkeşlərə çağırış

"Kəpəz"in məşqçisindən azarkeşlərə çağırış

Sonuncu dəfə 16 il öncə qitə miqyaslı turnirdə çıxış etmiş “Kəpəz”in heyətində hazırda əvəzedici komandada məşqçi işləyən Vasif Vəliyev də olub. Sabiq müdafiəçi o vaxtkı adı ilə desək UEFA Kubokunda “Antalyaspor”a qarşı hər iki oyunda forma geyinib. 

Vəliyev "Kəpəz"in “Daçiya” ilə matçı öncəsi klub saytına açıqlama verib: "Kəpəz”in uzun aradan sonra Avropa turnirinə vəsiqə qazanmasına hamımız sevinirik. Bu, bütün Gəncə futbolsevərlərinin uğurudu. 16 il öncə püşk komandamızın qarşısına güclü rəqib çıxarmışdı. Türklərlə oyun bizim üçün çətin keçdi. Xatırlayırsızsa, “Antalyaspor” bizdən sonra tur adlamasa da, Almaniyanın “Verder” klubunu evdə məğlub etməyi bacarmışdı. Düzdü, indi də rəqib güclüdü. “Daçiya”nın heyətində legionerlər, yığma üzvləri cəmləşib. Amma “Kəpəz”i də unutmaq olmaz. Şahin Diniyev təcrübəli məşqçidi, yaxşı komanda yaradıb. Azarkeşlərin də dəstəyi ilə komandamızın uğur qazanacağına inamımız böyükdü. Fanatlar “Antalyaspor”a qarşı Bakıdakı matçda bizi lazımınca dəstəkləmişdilər, onların dəstəyinə indi də ehtiyac var”. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər