"Kəpəz"in kapitanı bu kluba transfer olundu

"Kəpəz"in kapitanı bu kluba transfer olundu

3 futbolçu ilə yeni müqavilə imzalayan "Sumqayıt" 2016/17 mövsümü üçün transfer çalışmalarını davam etdirir. 

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi "Kəpəz"in kapitanı Tural Axundovu heyətinə qatıb. 28 yaşlı futbolçu "Sumqayıt"la 1 illik müqavilə müqavilə imzalayıb.

Qeyd edək ki, Tural Axundov "Kəpəz"dən (62 oyun, 11 qol) başqa, "Muğan" (39 oyun, 3 qol), "Rəvan" (54 oyun) və "Simurq"un (63 oyun) formasını geyinib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər