"Kəpəz"in iki futbolçusu 1-ci Liqa klubu ilə müqavilə bağladı

"Kəpəz"in iki futbolçusu 1-ci Liqa klubu ilə müqavilə bağladı

Bu yay "Kəpəz"dən ayrılan hücumçu Cavad Kərimovla dayaq yarımmüdafiəçisi Mahir Həsənovun yeni iş yerləri bəlli olub.

Faqnat.Az-ın əldə etdiyi məlumata görə, hər iki futbolçu karyeralarını 1-ci Liqada davam etdirəcəklər.

20 yaşlı Cavadla 23 yaşlı Mahir eyni klubun formasını geyinəcəklər. Belə ki, hər iki oyunçu "Zaqatala" ilə müqavilə bağlayıb.

Xatırladaq ki, "Kəpəz" ötən mövsüm Misli Premyer Liqasındakı mübarizəni 32 xalla 9-cu yerdə başa vurub. "Zaqatala" isə 1-ci Liqada 34 xal toplayaraq 5-ci olub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər