"Kəpəz"in futbolçusuna iki oyunluq cəza

"Kəpəz"in futbolçusuna iki oyunluq cəza

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri əvəzedicilərin çempionatının XIV turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

"Kəpəz"in futbolçusu Budaq Nəsirov “İnter”lə oyunun 90-cı dəqiqəsində aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1000 manat cərimə olunub.

"Zirə"nin üzvü Şahvələd Məhərrəmov “Xəzər Lənkəran”la matçın 86-cı, “Qəbələ”nin futbolçusu Murad Musayev “Rəvan”la oyunun 88-cı dəqiqəsində  ikinci sarı vərəqəni alıb. Hər iki futbolçu 1 oyun cəza alıb, klubla 100 manat cərimələnib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər