"Kəpəz"in futbolçusu Şəhriyar Əliyev "İnter"lə oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, futbolçu 0:0 hesabı ilə yenildikləri oyunu dəyərləndirib:
"Zəif çıxış etmədik, hətta yaxşı oyunlarımızdan birini keçirdik. Sadəcə, bəxtimiz gətirmədi. Qol vurmaq üçün çoxlu şansımız oldu, amma vura bilmədik. Rəqibin qapıçısı yaxşı oynadı. Qələbə qazanmalı idik, heç-heçə də pis nəticə sayılmamalıdı. Qarşıdakı oyunlara baxacağıq”.
Fanat.az