"Kəpəz"in futbolçusu Premyer Liqada ilkə imza atdı

"Kəpəz"in futbolçusu Premyer Liqada ilkə imza atdı

"Kəpəz"in futbolçusu Raul İsaqov Misli Premyer Liqasının 2025/2026 mövsümündə meydana çıxan ən gənc futbolçu olub.

Fanat.Az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, hücumçu XXXII turun "Araz-Naxçıvan"la səfər qarşılaşmasında şans qazanıb.

O, Premyer Liqada 16 yaş 162 günlüyündə debüt edib. Raul İsaqov qarşılaşmanın 81-ci dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, "Kəpəz" səfər matçında 0:2 hesabı ilə uduzub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər