“Kəpəz”in Braziliyada iki əməliyyat keçirən futbolçusu Dario Frederikonun klinikadan evə buraxılması haqda xəbər vermişdik. Məcburi istirahətə çəkilən futbolçunun nə vaxt klubun düşərgəsinə qayıdacağı hələ ki, dəqiq məlum deyil. Amma gələn həftə müayinədən sonra Frederikonun durumuna aydınlıq gələcək.
Bu arada Dario klubun rəsmi saytına açıqlama verib: “İndi özümü yaxşı hiss edirəm, əməliyyatdan sonra yavaş-yavaş bərpa olunuram. Evə buraxılsam da, bərpa dövrünün əsas hissəsini klinikada keçirəcəyəm. Yaxında fizioterapiya kursları başlayacaq. Gündə iki dəfə klinikaya gedib-gələcəyəm. Demək istəyirəm ki, vəziyyətim normaldı. Hamıya salamım var. Komanda yoldaşlarıma uğurlar arzulayıram, onlardan qələbələr gözləyirəm. Azarkeşlərin isə “Kəpəz”i çılğın şəkildə dəstəkləməkdə davam etmələrini istəyirəm”.
Fanat.az